Xaçmazda 3 ədəd sənədsiz silah polisə təhvil verilib.

Bu barədə İqtisadiyyat.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu gün ərzində 3 ədəd tüfəng təhvil götürülüb.