Xaçmaz rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bıçaqlanma hadisəsi ötən gün axşam saatlarında Xaçmaz şəhəri, Bakı prospektində baş verib.

Belə ki, Quba rayonu, Barlı kənd sakini Mirişov Fərid Əhməd oğlu Xaçmaz şəhər sakinləri Əzizov Hacıağa Əziz oğlu və Binyatəliyev Tural Elbrus oğlunu təhqir edib və söyüb.

Daha sonra mübahisə düşüb və F.Mirişov hər iki şəxsi bıçaqlayıb.

Fərid Mirişov ərazidə xidmətdə olan post patrul xidməti əməkdaşları tərəfindən yaxanalaraq RPŞ-nin inzibati binasına aparılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.