Serbiya prezidenti Aleksandr Vuçiç Kosovonun şimalında vəziyyətin gərginləşməsi ilə əlaqədar bazar günü yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirəcək.

Bu barədə Serbiyanın RTS milli televiziyası məlumat yayıb.

Telekanal qeyd edir ki, Serbiya liderinin bu qərarı Kosovo polisinin xüsusi təyinatlı qüvvələrinin qurulmuş barrikadaları aradan qaldırmaq üçün mümkün əməliyyatı ilə bağlıdır.