Turizmin mənfi təsirlərinin azaldılması üçün Venesiya şəhərini ziyarət edəcək turist qruplarının həcmi azaldılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Venesiya şəhər rəhbərliyinin açıqlamasında bildirilib.

Açıqlamada iyundan etibarən Venesiyanı ziyarət edəcək turist qruplarının maksimum 25 nəfərdən ibarət ola biləcəyi vurğulanıb. Bundan başqa, turist qruplarının şəhərlə tanışlığı zamanı səsgücləndiricilərdən istifadənin də qadağan ediləcəyi qeyd olunub.

Xatırladaq ki, BMT-nin mədəniyyət agentliyi Venesiyanın UNESCO-nun təhlükə altında qalan irs nümunələri siyahısına salınması məsələsini iki dəfə müzakirəyə çıxarıb. Həmin müzakirələrdə turizmin şəhərə mənfi təsirləri əsas amil kimi vurğulanıb.