İtaliyanın və Avropanın mərkəzində yerləşən Venesiyada səsucaldanları qadağan edən və tur qruplarının sayını 25 nəfərlə məhdudlaşdıran yeni qaydalar qüvvəyə minib.

Bu barədə İqtisadiyyat.az "BBC"yə istinadən xəbər verir.

Rəsmilər, həddindən artıq turizmin İtaliya şəhərinə təsirini məhdudlaşdırmaq üçün tədbirlər görüldüyünü açıqlayıb. Belə ki, Venesiyanın tarixi məhəlləsinin kanalları şəhəri Avropanın ən çox ziyarət edilən yerlərindən birinə çevirir.

Venesiya bu ilin əvvəlində gündəlik 5 avroluq giriş haqqı tətbiq edib. Təxminən 250 min əhalisi olan və 2019-cu ildə 13 milyondan çox ziyarətçi qəbul edən Venesiya üçün turizm ən aktual problemlərdən biri kimi qəbul edilir.

O vaxtdan bəri ziyarətçilərin sayı azalıb, lakin gələcək illərdə onların pandemiyadan əvvəlki səviyyələri keçəcəyi gözlənilir.

 

Gözəl Həşimova