Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 847,4 milyon ABŞ dolları məbləğində satış olub.

İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 % azdır.

Təkcə bu ay isə valyuta satışının məbləği 291,8 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 9,4 % azdır.