Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 41,5 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Əlavə edək ki, iyulun 18-də keçirilən valyuta hərracında tələb 32,1 milyon ABŞ dolları təşkil edib.