Avropada COVID-19-la bağlı ölüm hallarının 95 faizindən çoxu yaşı 60-dan çox olan insanlar arasında baş verib.

“RİA Novosti”nin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Bürosunun direktoru Hans Kluge bildirib. Risk qrupuna əvvəlki kimi ürək-damar xəstəlikləri, hipertoniya və diabeti olan insanlar daxildir.

Klugenin sözlərinə görə, 50 faizdən artıq hallarda isə koronavirusdan ölənlərin 80 və ya 80-dən artıq yaşı olub. Onların 80 faizi bir və ya iki xroniki xəstəlikdən əziyyət çəkib.