“Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Koronavirusa qarşı qorxu olduğu üçün valideynlər uşaqlarını poliklinikaya aparmaqda çətinliklər çəkirlər. Bu səbəbdən dünyada olduğu kimi Azərbaycanda da uşaqların peyvəndləmə faizi azalıb”.

Bunu Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov deyib.

O, valideynlərə müraciət edərək bildirib ki, koronavirus nadirən uşaqlarda ağırlaşmaya səbəb olur:

“İllərlə uşaqlarımızı ölümcül xəstəliklərə qarşı peyvənd etdirmişik. Mümkündürsə, poliklinikaya gedin və gecikməmiş peyvənd vurdurun. Uşaqların sağlamlığı valideynlərin əlindədir”.