"Ukraynaya gətirilən Almaniya istehsalı "Leopard-2A6 t 18" tanklarının yalnız kiçik bir hissəsi işlək vəziyyətdə qalıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu "Yaşıllar" partiyasından ekspert Sebastyan Şefer bildirib və onların təmirinə başlamağa çağırıb.

Qeyd edək ki, mart ayında Almaniya tərəfi uzunmüddətli tərəddüddən sonra Bundesverin 18 ədəd "Leopard-2" tankını Ukraynaya təhvil verib. Həmin texnikalar Kiyevə Rusiyanın aqressiyasına qarşı mübarizə proqramı çərçivəsində verilib.