ABŞ Ukrayna rəhbərliyindən gizli HIMARS raket sistemlərinin atəş məsafəsini azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.

Amerikalılar atəş məsafəsini azaltmaq üçün HIMARS raket sistemlərini dəyişdirib.

Bu, Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı hədəfləri vurmaq üçün reaktiv sistemlərdən istifadə edə bilməməsi üçün edilib.

Bildirilir ki, Pentaqonun, Ağ Evin və Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri WSJ-nin məlumatlarını şərh etməkdən imtina ediblər.