"Ukraynanın şərqindəki Xarkov vilayətinin Boqoduxov şəhərində partlayışlar baş verib və burada hava hücumu xəbərdarlığı elan edilib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.

Dnepropetrovsk, Kirovoqrad, Nikolaev, Poltava, Sumı, Xarkov, Çerkassı, Çerniqov vilayətlərində, həmçinin Kiyev vilayətində havadan təhlükə ilə bağlı xəbərdarlıq edilib. Qırmızı zonaya həmçinin Kiyevin nəzarətində olan Donetsk, Zaporojye və Xerson vilayətləri də daxil olunub.