Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

İqtisadiyyat.az xəbər verir  ki, bu barədə əhaliyə müvafiq xəbərdarlıqlar edilib.

Məlumatına görə, ilk sirenalar saat 10:41-də (Bakı vaxtı ilə 12:41) çalınıb. Sirenalar üç dəqiqədən sonra Ukraynanın bütün vilayətlərində, həmçinin Kiyevin nəzarətində olan Donetsk, Zaporojye və Xerson vilayətlərinin bəzi hissələrində işə düşüb.