Ukraynanın zədələnmiş elektrik stansiyalarını bərpa etmək üçün bu il ən azı 1,5 milyard dollara ehtiyac olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Ukrenerqo” milli enerji şirkətinin rəhbəri Vladimir Kudritski məlumat verib.

Onun sözlərinə görə, mövcud elektrik enerjisi istehsal güclərinin təxminən yarısı zədələnib və ya məhv edilib. Hazırda istilik elektrik stansiyalarında güc rekord səviyyədə aşağıdır.

Ukraynanın energetika naziri German Qaluşenkonun verdiyi məlumata görə, ölkə son vaxtlar nəhəng enerji istehsalını itirib.

 

Gözəl Həşimova