Ukraynanın Afinadakı səfirliyinə heyvan gözləri olan qanlı bağlama göndərilib.


İqtisadiyyat.az xəbər verir ki, Yunanıstan Polis Xidmətinin (ELAS) verdiyi açıqlamaya görə, bu gün səhər saatlarında Filothei rayonunda Ukrayna səfirliyinin qarşısında heyvan gözləri olan qanlı paket tapılıb.

 Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ukrayna Xarici İşlər Nazirliyi dekabrın 2-də bildirib ki, Ukraynanın xaricdəki bir neçə səfirliyinə heyvan gözləri olan “qanlı bağlamalar” göndərilib.