"Ukrgasdobycha" şirkəti Ukraynada böyük qaz yatağının kəşf edildiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Naftoqaz" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onun ehtiyatları milyard kubmetrə çata bilər. Mütəxəssislər təxminən dörd kilometr dərinlikdə olan quyuda "3D" seysmik tədqiqat aparıblar.

Əlavə edək ki, bu ilin əvvəlindən bəri “Ukrgasdobycha” artıq bir neçə yeni yataq kəşf edib. Son beş ay ərzində isə ölkədə 7 yeni quyu istismara verilib və ümumilikdə bu il şirkət 13,5 milyard kubmetr qaz hasil edəcək.

 

Gözəl Həşimova