Ukrayna və Rusiya arasında əsir mübadiləsi çərçivəsində 60 Ukrayna və 60 Rusiya əsgəri azad edilib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak sosial media hesabında Rusiya ilə əsir mübadiləsi nəticəsində 60 ukraynalı əsgərin azad edildiyini açıqlayıb.

Bu əsgərlərdən 34-ü Rusiya qüvvələrinin nəzarətində olan Mariupol şəhərində döyüşənlərdir.