"Xorvatiya öz limanları vasitəsilə Ukrayna taxılını ixrac etməyə başlayıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini Yuliya Sviridenko bildirib.

“Ukrayna taxılı artıq Xorvatiya limanları vasitəsilə ixrac edilib. Biz inanırıq ki, bu logistika marşrutu ölkələrimiz arasında ikitərəfli ticarətdə mühüm rol oynayacaq”, - deyə o, vurğulayıb.

Baş nazirin birinci müavini nəqliyyat dəhlizinin imkanlarını genişləndirməyə hazır olduqlarını bildirib.

Əlavə edək ki, bu ilin mayında Avropa İttifaqı Ukraynadan Bolqarıstan, Macarıstan, Polşa, Slovakiya və Rumıniyaya buğda, qarğıdalı və günəbaxan idxalını qadağan edib. Bildirilib ki, bu ölkələr fermerlərini qorumaq üçün belə məhdudiyyətlər tələb ediblər. Qadağa sentyabrın 15-dək qüvvədədir. 

 

Gözəl Həşimova