Ukrayna hökuməti Polşa ilə sərhəd infrastrukturunun inkişafı və keçid məntəqələrinin modernləşdirilməsi üçün 222 milyon qrivna (təxminən 5,5 milyon dollar) ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

"Biz həmçinin Polşa ilə sərhəd infrastrukturunun inkişafına və müvafiq keçid məntəqələrinin modernləşdirilməsinə 222 milyon qrivna ayırırıq, xüsusən də bu, mobil skanerlərin alınmasına aiddir", - o, hökumətin iclasında qeyd edib.

Şmıqal həmçinin əlavə edib ki, may ayında Moldova ilə sərhəddə yerləşən Reni keçid məntəqəsində birgə gömrük və sərhəd nəzarətinə başlanılıb, indi bütün rəsmiləşdirmələr yalnız Ukrayna tərəfində aparılacaq, bu, nəqliyyatın hərəkətini sürətləndirəcək. Baş nazirin sözlərinə görə, Slovakiya ilə sərhəddə yerləşən Vışne Nemekke - Ujqorod keçid məntəqəsinin modernləşdirilməsi başa çatıb.