Ukrayna Böyük Britaniyanın zəmanəti ilə pensiya ödənişləri üçün Dünya Bankından 100 milyon dollar kredit alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu vəsait “Ukraynada Davamlı İdarəetmənin Təmin Edilməsi üçün Dövlət Xərclərinin Dəstəklənməsi” layihəsi üçün beşinci əlavə maliyyələşdirmənin bir hissəsidir.

Qeyd olunur ki, vəsait Ukraynanın dövlət büdcəsinin 2023-cü ilin iyul ayı üçün pensiyaların ödənilməsinə yönəldilmiş xərclərin qismən kompensasiyasına yönəldiləcək.

 

Gözəl Həşimova