Ukrayna Milli Bankı ukraynalılara 200 min qrivnaya (5,4 min dollar) qədər nağdsız xarici valyuta almağa və hesabdan 50 min qrivnaya (1,3 min dollar) qədər valyuta çıxarmağa icazə verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankı məlumat yayıb.

Eyni zamanda, Milli Bank digər banklara belə əməliyyatın aparılması üçün əsas və ya öhdəlikləri təsdiq etmədən əhaliyə nağdsız xarici valyuta satmağa icazə verib.

Əlavə edək ki, valyuta məhdudiyyətləri avqustun 29-dan yumşaldılır.

 

Gözəl Həşimova