Ukraynanın hərbi rəhbərləri hesab edirlər ki, ordu 2024-cü ilin fevralından Amerika istehsalı olan "F-16" qırıcılarından istifadə etməyə başlaya bilər.

Bu barədə İqtisadiyyat.az "The Wall Street Journal"a istinadən xəbər verir.

Rəsmi Kiyev bildirib ki, təlim sentyabr və ya oktyabrda başlasa, kiçik bir qrup pilot fevrala qədər döyüş əməliyyatlarında iştirak edə bilər. Söhbət ingilis dilində danışan 10-dan çox olmayan pilotdan ibarət qrupdan gedir.

 

Gözəl Həşimova