"Krım sahillərində yerləşən təbii qaz və neft qazma platformaları olan "Boyko qüllələri"ndə nəzarəti geri aldıq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən bildirilib.

“Rusiya bu qüllələri 2015-ci ildə işğal edib və onlardan hərbi məqsədlər üçün, xüsusən də vertolyotların eniş zonaları üçün istifadə edib”, - deyə məlumatda qeyd olunub.

 

Gözəl Həşimova