Ukrayna Almaniya ilə əlavə silahların tədarükü ilə bağlı razılığa gəlib.

Bunu Ukraynanın Almaniyadakı səfiri Aleksiy Makeyev məlumat verib.

Onun sözlərinə görə, Ukraynaya hava hücumundan müdafiə sistemləri və haubitsalar lazımdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Almaniya Ukraynaya yeni hərbi sistemlər göndərib.