“Vaqner” ilə bağlı ciddi insidentlər baş verərsə, Polşa, Litva və Latviya Belarusla sərhədlərini bağlaya bilərlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski məlumat verib. 

Polşanın daxili işlər naziri Mariuş Kaminski mətbuata açıqlamasında "Vaqner"in Belarusdakı mövcudluğu və təhlükəsizlik vəziyyəti ilə bağlı qiymətləndirmələr edib.

““Vaqner” ilə bağlı ciddi insidentlər baş verərsə, Polşa, Litva və Latviya Belarusla sərhədlərini bağlaya bilərlər. Bu, Belarusun tam təcrid olunmasına gətirib çıxaracaq”, - Kaminski deyib.

Qeyd edək ki, sözügedən üç ölkə 2023-cü ilin əvvəlində Belarusla bəzi sərhəd qapılarını bağlamış və ölkəyə qarşı sanksiyaları artırmışdı.

Polşanın baş naziri Mateuş Moravetski, baş nazirin müavini Yaroslav Kaçinski və Polşanın müdafiə naziri Mariuş Blaşçak cümə axşamı günü Belarusla sərhəddə yerləşən Polovce kəndinə səfər ediblər.