Türkiyənin ən böyük Ar-Ge layihələrindən biri olan yerli rabitə peyki Türksat 6A-nı 2023-cü ildə kosmosa göndəriləcək.


İqtisadiyyat.az xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında nazirliyinin 2023-cü il büdcə müzakirələrinə qatılıb və deputatlar qarşısında çıxış edib.

Nazir Karaismailoğlu, "Türkiyənin ən böyük Ar-Ge layihələrindən biri olan Yerli Əlaqə Peykimiz Türksat 6A-nı 2023-cü ildə kosmosa göndərəcəyik.", - deyə qeyd edib.