"Bu gün Türkmənistan Çinə, Rusiyaya, Azərbaycana və Özbəkistana mavi yanacaq ixrac edir. Təbii qaz ixracı imkanları ilə məhdudlaşmayan Türkmənistan təbii qazın emalına böyük əhəmiyyət verir və bu sahədə qarşılıqlı faydalı əməkdaşlığa açıqdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov “Türkmənistanın nefti və qazı - 2023” beynəlxalq konfrans iştirakçılarına müraciətində deyib.

Bununla da Türkmənistan qaz emalı sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Türkmənistan Asiya neft və qaz bazarında ən böyük oyunçudur. Ölkənin karbohidrogen ehtiyatları 71 milyard tondan çox neft ekvivalentində qiymətləndirilir ki, bu da 20 milyard tondan çox neft və 50 trilyon kubmetrdən çox təbii qaz deməkdir. Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdədir. Türkmənistan qazının ən böyük alıcısı isə Çindir.

 

Gözəl Həşimova