Bu ilin yanvar-fevral aylarında Türkiyəyə ən çox turistin gəldiyi ölkələr siyahısında birinci yeri İran və Rusiya tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm nazirliyinin saytında dərc olunan statistik məlumatda deyilir.

İki ay ərzində 437,9 min İran və 433,6 min Rusiya vətəndaşı ölkəyə səfər edib. Bu, xarici turistlərin ümumi sayının müvafiq olaraq 10,09%-ni və 9,99%-ni təşkil edir. 

İlk beşliyə həmçinin Bolqarıstan (345 min), Almaniya (330 min) və Gürcüstan (207 min) daxildir.

 

Gözəl Həşimova