Türkiyənin ümumi xarici borc ehtiyatı 475,8 milyard dollar təşkil edir.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu barədə Xəzinədarlıq və Maliyyə Nazirliyinin hesabatında məlumat yer alıb.

Hesabata görə, xalis xarici borc ehtiyatı  267,7 milyard dollardır. Səhmlərin yerli gəlirə nisbəti 26,2 faiz təşkil edir. 

Xəzinə zəmanətli xarici borc stoku isə 15,5 milyard dollara çatıb.

Gülşən Şərif