“Türkiyə Qəzza zolağında daimi atəşkəs əldə olunmayana qədər İsraillə ticarət əlaqələrini bərpa etməyəcək”.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat deyib.

O bildirib ki, ticarəti tamamilə dayandırmaq qərarı mayın 2-də verilib və məqsədi İsrailin ən qısa zamanda atəşkəsə razılaşması olub. 

Eyni zamanda Bolat əlavə edib ki, Fələstinlə ticarət davam edir və Türkiyə Fələstin iqtisadiyyatının minimum itkiyə məruz qalması üçün əlindən gələni edir.