Türkiyənin texnika ixracı bu ilin 8 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə yüzdə 11,1 artaraq 18,6 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Maşın İxracatçıları Birliyi (MAİB) məlumat yayıb. 

Məlumata görə, bu ilin yanvar-iyul dövründə maşınqayırma sənayesinin ixracı 18,6 milyard dollara çatıb.

İxracat ən çox 5 Avropa ölkəsi Almaniya, İtaliya, İngiltərə, Fransa və İspaniyaya edilsə də, bu ölkələrə edilən ixracatın miqdarında azalma yaşanıb. Ancaq qiymətlərindəki artımla gəlirlər yüzdə 100 artıb.