Türkiyənin cəmi neft və neft məhsulları idxalı may ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 11,12 artaraq 4 milyon 263 min 624 tona çatıb. Xam neft və neft məhsullarının idxalı ən çox Rusiya, İraq və Qazaxıstandan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu məlumat yayıb. 

Qurumun may ayı üçün “Neft Bazarı Sektoru Hesabatı”na görə, Türkiyənin ümumi neft idxalında ən böyük payı təşkil edən xam neft idxalı yüzdə 17,11 azalaraq 2 milyon 462 min 848 ton olub.

Bu dövrdə dizel növlərinin idxalı 126,23 faiz artaraq 1 milyon 289 min 84 ton olub.

İdxalın qalan hissəsini aviasiya və dəniz yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.

Beləliklə, cəmi idxal may ayında əvvəlki ilin eyni ayına görə yüzdə 11,12 artaraq 4 milyon 263 min 624 ton olub.

Xam neft və neft məhsullarının ən çox idxalı 2 milyon 301 min 973 ton ilə Rusiyadan, 957 min 989 ton ilə İraqdan və 439 min 31 ton ilə Qazaxıstandan edilib.

Digər tərəfdən, may ayında benzin satışı əvvəlki ilin eyni ayına görə yüzdə 35,19 artaraq 364 min 51 ton, dizel satışı isə yüzdə 16,47 artaraq 2 milyon 444 min 297 ton olub.

Cəmi neft məhsulları satışı yüzdə 18,55 artaraq 2 milyon 961 min 905 ton olaraq qeyd edilib.