Türkiyə bu ilin avqust ayında Azərbaycandan 937 milyon 700 min kubmetr həcmində təbii qaz idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun avqust ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”nda deyilir.

Hesabat dövründə ən çox təbii qaz idxalı 2 milyard 269 milyon 930 min kubmetrlə Rusiyadan, 937 milyon 700 min kubmetrlə Azərbaycandan və 399 milyon 840 min kubmetrlə Əlcəzairdən edilib.

Ölkənin Əlcəzairdən təbii qaz idxalı 35%, Azərbaycandan 74% və Rusiyadan 7,4% artıb. Avqustda Türkiyənin İrandan təbii qaz idxalı isə 91,8% azalıb.

Bu dövrdə ölkənin ümumi təbii qaz idxalı keçən ilin eyni ayına görə 4,5% azalaraq təxminən 3 milyard 681 milyon 350 min kubmetrə enib.

 

Gözəl Həşimova