İtaliyalı general Angelo Michele Ristuccia NATO-nun Kosovo Qüvvələrinin (KFOR) komandanlığını türkiyəli general-mayor Özkan Ulutaşa təhvil verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə KFOR "X"də paylaşım edib.

"KFOR komandanı, italiyalı general-mayor Angelo Michele Ristuccia Priştinadakı Camp Film City-də keçirilən mərasimdə NATO Kosovo Qüvvələrinin komandanlığını türkiyəli varisi, general-mayor Özkan Ulutaşa təhvil verib", - bəyanatda deyilir.