"Ölkəmizdən qeyri-qanuni yollarla xaricə aparılan əsərləri detektiv həssaslığı ilə izləyirik. 2018-ci ildən bu yana ölkəmizə 7 min 824 əsər gətirmişik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mədəni İrs və Muzeylər Baş direktoru Birol İnceciköz bildirib.

Birol İnceciköz xaricə qaçaqmalçılıq yolu ilə aparılan tarixi əsərlərin aşkar edilərək geri qaytarılması məqsədi ilə Nazirlikdə güclü bir qrup yaradıldığını, polis və jandarma ilə koordinasiyalı şəkildə çalışan qrupun uğurlu nəticələr əldə etdiyini də qeyd edib.