Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunun bələdiyyə sədri Ökkeş Kavak saxlanılıb.
İqtisadiyyat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Kahramanmaraşda baş vermiş zəlzələ ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.
Bələdiyyə sədrinin konkret olaraq hansı maddə ilə ittiham olunduğu hələ ki açıqlanmayıb.