Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Kayseri 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus "SF-260D" tipli təyyarə naməlum səbəbdən qəzaya uğrayıb. Qəzada 2 pilot şəhid olub.

Axtarış-xilasetmə işlərinə başlanılıb, təlim təyyarəsinin qəzaya uğramasının səbəbləri araşdırılır.

 

Gözəl Həşimova