2022-ci ilin oktyabrından Türkiyənin Rusiya ilə müzakirə etdiyi qaz ticarəti üçün elektron platformanın yaradılması 2024-cü ildə tamamlana bilər.

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkənin energetika naziri Alparslan Bayraktar deyib.

“Ticarət mexanizminin yaradılması təxminən bir il çəkə bilər. Hazırda Türkiyə bu məsələ ilə bağlı “Qazprom” və digər tərəfdaşlarla məsləhətləşmələri davam etdirir”, - deyə o, bildiirb.

Xatırladaq ki, Qaz qovşağının yaradılması təşəbbüsü Rusiya prezidenti Vladimir Putindən gəlib.

 

Gözəl Həşimova