Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılmasına dair yol xəritəsinin icrası ilin sonuna qədər başlana bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Türkiyənin diplomatik dairələrindəki mənbə məlumat verib.

Məlumata görə, yol xəritəsinin hazırlanması Trakyada qovşağın yaradılması layihəsinin ilkin mərhələsidir.

Xatırladaq ki, Türkiyənin Energetika Nazirliyi ilə Rusiyanın enerji şirkəti "Qazprom" arasında layihənin həyata keçirilməsi üçün konkret addımlar atmağa imkan verəcək yol xəritəsinin imzalanması barədə razılıq əldə olunub.

 

Gözəl Həşimova