Türkiyədə aprel ayında işsizlərin sayı 18 min nəfər azalaraq 3 milyon 42 min nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Məlumata görə, 15 yaşdan yuxarı olan işsizlərin sayı 0,1 bənd azalaraq 8,5 faiz təşkil edib.

İşsizlik səviyyəsi kişilər üçün 7,2 faiz, qadınlar üçün isə 11,1 faiz təşkil edib.

Hesabat dövründə məşğul əhalinin sayı 1000 nəfər azalaraq 32 milyon 618 min nəfərə, məşğulluq səviyyəsi isə 0,1 bənd azalaraq 49,5 faizə çatıb. Bu göstərici kişilərdə 66,9 faiz, qadınlarda isə 32,5 faiz təşkil edib.

 

Gözəl Həşimova