Türkiyənin Balıkəsir vilayətində jandarma qrupları son bir həftə ərzində qaçaqmalçılıq və mütəşəkkil cinayət əməliyyatları nəticəsində 36 şübhəlini saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, ədliyyə orqanlarına sövq edilən 9 şübhəli həbs olunub.

Əməliyyatlar zamanı külli miqdarda narkotik, odlu silah və cinayət yolu ilə əldə edilmiş pullar ələ keçirilib.

Balıkesir Regional Jandarma Mərkəzinə aid qruplar qaçaqçılıq və mütəşəkkil cinayətlərdə iştirak edən 36 şübhəlinin evlərində və avtomobillərində aparılan əməliyyat tədbirləri nəticəsində müxtəlif növ narkotik vasitələr, odlu silah və digər qanunazidd faktlar aşkar edib.