MM-də büdcə müzakirələrində baş verən hadisələrlə əlaqədar 2 deputata töhmət, 1 deputata isə müvəqqəti olaraq Məclis üzvlüyündən xaric edilib.


İqtisadiyyat.az xəbər verir ki, büdcə müzakirələrinin ikinci günündə TBMM-in Baş Assambleyasında müzakirələr aparılıb. AK Partiya ilə İYİ Partiya millət vəkilləri arasında qarşıdurma yaşanıb.


Baş Assambleyada baş verən hadisələrə görə bəzi deputatlara nizamnaməyə uyğun olaraq intizam tənbehləri verilib.
AK Partiya Bursa Millət vəkili Zəfər İşıq, İYİ Partiya üzvü Hüseyn Örsə qarşı fiziki zorakılıq tətbiq etdiyi səbəbilə Ümumi Qurulda keçirilən iki iclasa qatılmamağa məhkum edilib.


İYİ Partiyası Konya Millət vəkili Fahrettin Yokuş və HDP-dən Ömər Faruk Gergerlioğlu da TBMM-ə yaraşmayan söz və davranışlara görə qınanıblar.

19:52

Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən sessiyasında mübahisə kütləvi əlbəyaxa davaya çevrilib. 

Bildirilir ki, büdcə müzakirələri zamanı ara qarışıb. 

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə,  millət vəkillərindən biri başından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.