Kocaeli mərkəzli 4 bölgədə FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda saxlanılan 14 şübhəlidən 7-si həbs edilib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaeli Bölgə Təhlükəsizlik Müdirliyindən verilən açıqlamaya görə, "Qazi Turqut Aslan Əməliyyatı" çərçivəsində təşkilatın şəhərdəki cari və maliyyə strukturunu müəyyən etmək üçün 25 iyulda həyata keçirilən əməliyyatda nəzarətə alınan 14 şübhəli ətrafında istintaq davam tamamlanıb.

Şübhəlilərdən 4-ü polis bölməsindəki ifadələrindən sonra sərbəst buraxılıb.

Ədliyyə binasına sövq edilərək həbs olunmaları üçün hakim qarşısına çıxarılan 10 şübhəlidən 7-si həbs edilib, 3-ü məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.