Türkiyədə torpaq sürüşməsi olub.

İqtisadiyyat.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə Tekirdağda sürətli dəmir yolu xəttinin tikintisi zamanı baş verib.

Torpaq altında iki işçi qalıb. Bir saat davam edən xilasetmə əməliyyatından sonra işçilərin meyitləri torpaq altından çıxarılıb.