Muğlanın Marmaris rayonunda FETÖ/PYD üzvü olduğu iddia edilən 5 şübhəli Yunan adalarına qaçmaq istəyərkən saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, şübhəlilərin saxlanılması Muğla Bölgə Təhlükəsizlik Müdirliyi, Marmaris Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu və Sahil Təhlükəsizlik Komandirliyi qruplarının təşkil etdiyi əməliyyatla mümkün olub. 

Məlumata görə, aralarında işindən qovulan keçmiş müəllimlərin də olduğu 5 şübhəli Yunan adalarına qaçmağa çalışarkən əməliyyat qrupları onları saxlayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.