Türkiyədə yeni növ koronavirusun müalicəsində təsirli olacağı bildirilən dərmanların istehsalına başlanıldı.

Yeniavaz.com "Sözcü"yə istinadla xəbər verir ki,Türkiyədə dərman firmalarından birin COVID-19-a qarşı müsbət nəticə verəcəyi gözlənilən dərmanın istehsalına başlayıb. Firma rəsmiləri artıq müəyyən miqdarda dərmanın hazırlanaraq Türkiyə Səhiyyə Nazirliyinə ianə edildiyini açıqlayıb:

"Aprel ayı ərzində 1 milyon 600 min ədəd koronavirusa qarşı dərmanın istehsalı hədəflənib. Bütün dərmanlar Səhiyyə Nazirliyinə ianə ediləcək".