Türkiyənin Şirnak vilayətində ehtiyatı 150 milyon barel olan neft yatağı aşkar edilib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, yatağın Qabar dağının ətrafında aşkarlandığını diqqətə çatdırıb:

"150 milyon barel xalis neft ehtiyatı aşkar etmişik. Bu, 2022-ci ildə aşkar edilən 10 ən böyük quru yatağından biridir. Ehtiyatların dəyəri təxminən 12 milyard dollardır".