Sentyabrın 8-də Əskişəhərdə 2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO 2024) seçmə mərhələsi çərçivəsində Türkiyə ilə Ermənistan arasında keçiriləcək matç zamanı turniketdə fəaliyyət göstərən və Azərbaycan bayrağına göstərdiyi xüsusi diqqətlə sosial mediada sevgi qazanan polis əməkdaşı sertifikatla mükafatlandırılıb. 

İqtisadiyyat.az xəbər verir ki, Düzce valisi Səlçuq Aslan 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə-Ermənistan matçı öncəsi nümunəvi davranışına görə Regional Polis Şöbəsinin əməkdaşı Ramazan Şahini ofisində qəbul edib.

Aslan matçdan əvvəl turniketdə vətəndaşdan aldığı Azərbaycan bayrağını öpərək başına taxan Şahinə sertifikat təqdim edib və həssas davranışına görə təşəkkür edib.