Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın builki ilk qonağı İran prezidenti İbrahim Rəisi olacaq.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, Rəisinin sabah rəsmi səfər üçün Türkiyəyə gələcəyi gözlənilir.

Prezident Ərdoğan iranlı həmkarı Rəisini Beştəpədə rəsmi mərasimlə qarşılayacaq.

Görüşdə Qəzzadakı son vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunacaq. İki lider əvvəlcə təkbətək görüşəcək. Daha sonra Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası başlayacaq.

Həmin görüşdə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və müdafiə sənayesi kimi sahələrdə mövcud əlaqələrin yaxşılaşdırılması üçün atılacaq addımların bütün aspektləri qiymətləndiriləcək.

 

Gözəl Həşimova