Türkiyə parlamentində Livanla bağlı qətnamə qəbul edilib. Bununla da Türkiyə Silahlı Qüvvələrinin bölgədəki səlahiyyət müddəti daha bir il uzadılıb.

İqtisadiyyat.az xəbər verir ki, qanun layihəsi Parlamentin Baş Assambleyasında müzakirə edilən ilk məsələ olub.

Eyni zamanda İsrail-Fələstin münaqişəsi xəttindəki son hadisələr də parlamentin gündəmində olub. Müzakirələrdən sonra səsvermə keçirilib və Livan qətnaməsi qəbul edilib.

Memoranduma uyğun olaraq Türkiyə Silahlı Qüvvələrinin bölgədəki xidmət müddəti daha bir il uzadılıb.